Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ koronavirusa görə üçüncü peyvəndi alır

Baxış: 323
ABŞ-da tibb mütəxəssisləri koronavirusa qarşı “Johnson&Johnson” peyvəndinin ölkədə tətbiqinə icazə verilməsini tövsiyə ediblər.
Bu barədə “RİA Novosti” şuranın səsvermə nəticələrinə istinadən xəbər yayıb.
ABŞ Qida və Dərman İdarəsinin (FDA) dərmanı “təcili” istifadə üçün təsdiqləyəcəyi bildirilir.
Beləliklə, ABŞ-da COVID-19-a qarşı artıq üç peyvənd istifadə ediləcək, digər ikisi “Pfizer” və “Moderna” şirkətlərinin dərmanlarıdır.
Mütəxəssislərə görə, peyvəndin potensial faydaları mümkün risklərdən çoxdur.
Peyvənd “Janssen Pharmaceuticalica” (Johnson&Johnson şirkətinə məxsus) tərəfindən istehsal olunur. Bu peyvənd, Rusiyanın “Sputnik V”, eyni zamanda Britaniya-İsveç birgə istehsalı “AstraZeneca” kimi vektor vaksinidir.
Dərman adi zökəm virusundan istifadə edir və virusun səthindəki yapışmış zülalı hədəf alır. ABŞ-da təsdiqlənmiş digər peyvəndlərdən fərqli olaraq, bu peynəd zamanı, iki yox, yalnız bir inyeksiya tələb olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.