Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Müharibə yaxınlaşır: İran mediasından ABŞ əsgərlərinə tabutda qayıdacaqsınız mesajı

Baxış: 63
Müharibə yaxınlaşır: İran mediasından ABŞ əsgərlərinə tabutda qayıdacaqsınız mesajı


İranın təbliğat kanalları və ona yaxın informasiya resursları ABŞ-la mümkün hərbi qarşıdurmanı əks etdirən yeni materialları intensiv şəkildə yaymağa başlayıb.

Son paylaşımlarda ABŞ dəniz qüvvələrinə qarşı guya genişmiqyaslı hücumlar, eləcə də “kütləvi amerikalı itkiləri” iddiaları ön plana çıxarılır.

Bu tip görüntü və xəbərlərin artması İran informasiya məkanında müharibə mövzusunun artıq ehtimal deyil, real ssenari kimi təqdim olunmağa başladığını göstərir. Təbliğatın tonunun sərtləşməsi Tehran dairələrində təhlükənin yaxın olduğu hissinin gücləndiyini və cəmiyyətin psixoloji baxımdan mümkün qarşıdurmaya hazırlaşdırıldığını ortaya qoyur.

İran mediasında yaranan bu həyəcanlı fon rəsmi mövqelərdən əvvəl informasiya müstəvisində “müharibə atmosferi”nin formalaşdırılmasına xidmət edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.