Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

Baxış: 81
Siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir


Çexiyanın müxalifəti Petr Matsinkanın xarici işlər naziri vəzifəsindən istefasını tələb edir.

Bu barədə "Ceske Noviny" məlumat yayıb.

Müxalifət iddi edir ki,. o, ölkə prezidentini şantaj edib.

Mediada yayılan məlumata görə, siyasətçilər Matsinka və Çexiyanın baş naziri Andrey Babişdən (ANO) izahat istəyirlər. Müxalifət partiyalarının sədrləri bildirirlər ki, Matsinka istefa verməlidir. Onlar hesab edir ki, baş nazir XİN rəhbərinin vəzifədən azad edilməsini təklif etməli idi. 

Qeyd edək ki, bu gün Çexiya prezidenti Matsinkanın ona müşaviri Petr Kolarj vasitəsilə mesajlar ötürdüyünü və bunu son dərəcə ciddi və şantaj cəhdi hesab etdiyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.