Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kremlin planı faş oldu: rusları Tramp–Putin “torpaq oyunu”na inandırırlar

Baxış: 297
Kremlin planı faş oldu: rusları Tramp–Putin “torpaq oyunu”na inandırırlar


Kremlin hazırladığı metodik göstərişə əsasən, dövlətə bağlı Rusiya KİV-ləri və hakimiyyətə loyal media orqanları ictimaiyyəti müəyyən tezislərə inandırmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə “Meduza” portalı məlumat yayıb.

Bu tezislərə görə, ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarət əldə etmək planlarında Vladimir Putinin Krımı ilhaq etmə “uğurundan” nümunə götürür.

Rəsmi Moskvanın məqsədi Trampın addımlarını Kremlin əvvəlki siyasəti ilə əlaqələndirməkdir.

Sənədə görə, jurnalistlər materiallarında Trampın “ölkəsinin ərazisini genişləndirən lider kimi tarixə düşmək istədiyini” xüsusi vurğulamalıdırlar. Eyni zamanda qeyd olunmalıdır ki, Tramp da vəziyyəti Putin kimi anlayır: Avropa ölkələri ilə yaranan münaqişələr zamanla unudulacaq, lakin “ərazilər işğalçıda qalacaq”.

Bundan başqa, mediaya ABŞ və Avropa İttifaqı arasında Qrenlandiya məsələsində yaranan fikir ayrılıqlarının “Qərbi zəiflətdiyi” və “NATO-nun dağılmaq üzrə olduğu” fikrini ön plana çıxarmaq tövsiyə olunur. Xüsusilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun alyansın gələcəyi ilə bağlı şübhələrini sitat gətirmək məsləhət görülür.

Metodik vəsaitdə həmçinin vurğulanır ki, Rusiya ictimaiyyəti Avropa liderlərinin ABŞ-nin razılığı olmadan öz ölkələrində təhlükəsizlik və sabitliyi təmin edə bilmədiklərinə inandırılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, Putin “ABŞ-ni bərabərhüquqlu dialoqa məcbur edir”, Avropa liderləri isə “sosial şəbəkələrdə qeyri-müəyyən etirazlarla kifayətlənir” və “Qrenlandiyanı dəstəkləyən süni intellekt videoları ilə interneti doldururlar”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.