Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İranın nüvə obyektləri təftiş ediləcək

Baxış: 321
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi nüvə obyektlərindəki yoxlamaların davam etdirilməsi mövzusunda İranla razılığa gəldiyini açıqlayıb.
“İntensiv məsləhətləşmələr yaxşı nəticələr verdi. Bizim müvəqqəti razılığımız var, MAQATE İranda vacib izləmə və yoxlama əməliyyatlarının davamını təklif edib”, - deyə o “Twitter”də yazıb.
Bundan əlavə, bildirilir ki, İran və MAQATE arasında əldə edilmiş razılığa görə, agentlik bu cür monitorinqlərin ən çox üç ay keçirilməsini təklif edib.
Fevralın 23-də İranda qüvvəyə minəcək yeni qanuna görə MAQATE müfəttişlərinin İranın nüvə obyektlərinə girişi məhdudlaşdırılacaq.
Qeyd edək ki, keçən ilin sonunda İran parlamenti nüvə proqramının sürətlə inkişaf etdirilməsinə dair qanun qəbul edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.