Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Venesuela ABŞ-yə diplomatik missiya göndərir - Dialoq başladı

Baxış: 72
Venesuela ABŞ-yə diplomatik missiya göndərir - Dialoq başladı


Venesuela hökuməti diplomatik münasibətlərin bərpası məqsədilə ABŞ ilə dialoq kanallarının yenidən açıldığını açıqlayıb.

Venesuelanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan bəyanatda Bolivar hökumətinin sülh diplomatiyasına sadiqliyi vurğulanıb.

Bildirilib ki, tərəflər arasında əlaqələrin normallaşdırılması üçün qarşılıqlı dialoq prosesinə start verilib.

Bəyanatda ABŞ-nin beynəlxalq hüququ pozan hərbi müdaxilələri nəticəsində çoxsaylı vətənpərvər şəxsin həyatını itirdiyi qeyd olunub və Venesuelanın bu addımlara diplomatik yollarla cavab verəcəyi bildirilib.

Qeyd edilib ki, “Bolivar Sülh Diplomatiyası” suverenliyin qorunması, beynəlxalq hüququn bərpası və sülhün təmin edilməsi üçün yeganə qanuni yoldur.

Eyni zamanda, açıqlamada ABŞ Dövlət Departamentinin diplomatik nümayəndə heyətinin texniki və logistik qiymətləndirmələr aparmaq məqsədilə Venesuelaya səfər etdiyi, Venesuela diplomatik missiyasının isə fəaliyyətini bərpa etmək üçün ABŞ-yə göndəriləcəyi qeyd olunub.

Xatırladaq ki, Karakasın Baruta rayonunda yerləşən ABŞ səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin 2019-cu ildə kəsilməsindən sonra fəaliyyətini dayandırıb. ABŞ tərəfi daha əvvəl səfirliyin yenidən açılması imkanlarını dəyərləndirmək üçün Karakasa nümayəndə heyəti göndərdiyini açıqlamışdı.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.