Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Son Dəqiqə: Tehrandan cavab - ABŞ və İsraillə savaşa hazırıq

Baxış: 108
Son Dəqiqə: Tehrandan cavab - ABŞ və İsraillə savaşa hazırıq


Tehran İsrail və ABŞ ilə müharibə istəmir, lakin yenidən hücuma məruz qalacağı təqdirdə qisas almağa hazırıq.

Bunu İranın xarici işlər naziri Abbas Araqçi Livanda mətbuata açıqlaması zamanı deyib.

"İsrailin regiona təhdidi heç vaxt bu qədər böyük olmayıb. Əvvəllər İran və Livan da daxil olmaqla yeddi ölkə İsrail hücumlarının hədəfində olub. Hətta indi də Livan ərazisinin bir hissəsi İsrailin işğalı altındadır. Keçən il imzalanmış atəşkəs müqaviləsi pozulub", -iranlı nazir qeyd edib.
Araqçi döyüşmək istəmədiklərini, amma buna hazır olduqlarını da bəyan edib: "ABŞ və İsrail İrana qarşı hücumlarını sınaqdan keçirdilər. Nəticədə bu hücum və strategiya böyük bir uğursuzluqla üzləşdi. Bunu təkrarlasalar, eyni nəticələrlə qarşılaşacaqlar. Biz bütün variantlara hazırıq. Biz müharibə istəmirik, amma buna hazırıq".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.