
Son vaxtlarda müxalif partiyalardan olan millət vəkillərinin təmsil etdikləri partiyalardan istefa verərək hakim AKP-yə qoşulması Türkiyədə erkən seçki planını reallaşdırır.
CHP, Gələcək və DEVA Partiyasından istefa verən millət vəkillərinin AKP-yə qoşulmasından sonra "Hürriyet" qəzetinin yazarı Əbdülqadir Selvinin fikrincə, AKP-yə yeni transferlərin davam edəcək. Selvi həmçinin prezident Ərdoğanın erkən seçkilərə getməsi və yenidən namizədliyi üçün lazım olan 360 millət vəkilinə çatmaq strategiyasını təhlil edib.
Selvi qeyd edib ki, mərasimdə nişanları şəxsən təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan qapıların ölkəsinə və millətinə xidmət etmək istəyən hər kəs üçün açıq olduğunu vurğulayıb və bu addımın yeni üzvlərə icazə verdiyini bildirib
Selvi mənbələrdən əldə etdiyi məlumta istinadən bildirib ki, AKP-nin İyi Partiyası, DEVA Partiyası və Gələcək Partiyasından ayrılmaların davam edəcək.
Ə. Selvi AK Partiyaya keçidlərin sadəcə transfer məsələsi deyil,strategiyanın məhsulu olduğunu iddia edib.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, erkən seçkilər barədə qərarın üçdə üç səs çoxluğu ilə qəbul edildiyini qeyd edən Selvi, Prezident Ərdoğanın üçüncü müddətə namizədliyini irəli sürməsi üçün parlamentin beşdə üçünün səs çoxluğuna və ya 360 millət vəkilinə ehtiyacı olduğunu xatırladıb. "Yeni əlavələrlə AK Partiyanın 275, MHP-nin isə 47 millət vəkili var.
Bununla da hakim Cümhur İttifaqının parlamentdəki millət vəkillərinin cəmi sayı 322 çatır. 360-ə çatmaq üçün daha 38 millət vəkilinin dəstəyinə ehtiyac var", - Selvi vurğulayıb.
Selvi 56 parlament üzvü olan DEM Partiyasının bu prosesdə əsas rol oynaya biləcəyinə diqqət çəkib.
Selvi erkən seçkilərin 2026-cı ildə deyil 2027-ci ildə keçiriləcəyi proqnozunu verib. Seçkilərdə qalib gəlmək üçün iqtisadi canlanmanın zəruri olduğunu vurğulayan Selvi, 2027-ci ilin iqtisadi bum ili olacağını və minimum əmək haqqı alanların, təqaüdçülərin və dövlət qulluqçularının artan rifahdan faydalanacağını iddia edib.


























