Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan açıqlama

Baxış: 162
Maduronun Türkiyəyə sürgün edilməsi ilə bağlı Ankaradan açıqlama


Ankara ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə sürgün olunmaqla bağlı ultimatum verdiyi barədə məlumata malik olmadığını açıqlayıb.

Bu barədə "RIA Novosti" Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, belə bir məlumat Ankaraya məlum deyil və onun haradan yayıldığı anlaşılmır.

Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olunmağı təklif edib.

Nikolas Maduro bu ultimatumdan imtina edib.

Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.

Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.

Ölkədə fövqəladə vəziyyət elan edilib. (Teleqraf)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.