
Ukrayna Mərkəzi Seçki Komissiyasının qərarı ilə dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib.
Bu barədə Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya Teleqram kanalında məlumat yayıb.
Araxamiya vurğulayıb ki, seçici siyahısının yenilənməsi, xüsusən də müharibə nəticəsində demoqrafik göstəricilərdəki dəyişikliklər nəzərə alınmaqla, istənilən seçkinin keçirilməsi üçün əsas şərtlərdən biridir.


































