Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp: Kiyevə bir qəpik də xərcləmirik, heç birinin əlində kartı yoxdur

Baxış: 99
Tramp: Kiyevə bir qəpik də xərcləmirik, heç birinin əlində kartı yoxdur


"Ukraynaya biz bir qəpik də xərcləmirik... Onlar bizi   Baydenin dövründə olduğu kimi qarət etmirlər. Bayden əlimizdə olan hər şeyi, raketləri, istədikləri hər şeyi pulsuz, heç bir təzminat olmadan verdi".

Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
Ukrayna ilə Rusiya arasında sülh sazişinə toxunan Tramp bəyan edib ki, heç bir tərəfin müharibəni davam etdirmək üçün kartı yoxdur.

"Bilirsiniz, mən dedim ki, onların (Ukraynanın-red) kartları yoxdur. Həqiqətən də heç kimin kartları yoxdur. Rusiyanın da kartları yoxdur... Sizə lazım olan şey razılaşmaq və qətli dayandırmaqdır. Bu mənasız müharibədir və biz onu dayandıracağıq", - Tramp vurğulayıb.
 

Tramp  hesab edir ki,  həmin vaxt nizamlanma üçün daha yaxşı vaxtdır. “Amma onlar öz müdrikliyi ilə qərara gəldilər ki, bundan imtina etsinlər. İndi onların əleyhinə çoxlu faktorlar var", - Tramp deyib.

Qeyd edək ki, Tramp  bunu  2025-ci ilin fevralın 28-də Prezident Vladimir Zelenski ilə Oval kabinetdə keçirilən  gərgin görüşdəki kartlardan danışıb.  Trampın bu təklifinə cavab olaraq Zelenski  deyib: “Mən bura kart oynamaq üçün gəlməmişəm”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.