
ABŞ prezidenti Donald Tramp ölkəyə nəzarətsiz miqrasiyanın “sosial parçalanma” yaratdığını bildirib və sərt miqrasiya siyasətinə keçid edəcəyini elan edib.
Sahibkartv.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yayımladığı açıqlamada deyib.
Onun sözlərinə görə, ABŞ-yə fayda verməyən hər kəsi deportasiya edəcək.
O həmçinin vurğulayıb ki, ölkənin bərpası və təhlükəsizliyi üçün “bütün üçüncü dünya ölkələrindən miqrasiyanı tamamilə dayandırmağı” planlaşdırır.
Trampın sözlərinə görə, yaxın aylarda ABŞ-də miqrasiya siyasəti daha da sərtləşdiriləcək və ölkəyə yalnız “ABŞ dəyərlərinə uyğun və fayda gətirə biləcək şəxslərin” qəbul olunmasına icazə veriləcək.































