Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İsrailin Dəməşqə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb

Baxış: 171
İsrailin Dəməşqə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb


İsrail Müdafiə Qüvvələrinin Suriyanın Dəməşq əyalətindəki Beyt Jann şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Məlumatı Syria TV Suriyanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.

Daha əvvəl verilən məlumatda zərbə nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 13 nəfərin həlak olduğu, 25 nəfərin yaralandığı bildirilmişdi.

Qeyd edək dünən İsrail ordusu Suriyanın Beyt Jann şəhərinə hava hücumları və artilleriya zərbələri endirib. İsrail hərbi patrulunun əraziyə daxil olduğu və bunun patrulla yerli sakinlər arasında toqquşmalara səbəb olduğu bildirilirdi. Syria TV-nin məlumatına görə, basqın zamanı üç nəfər saxlanılıb.

Suriya Xarici İşlər Nazirliyi İsrailin zərbələrini qətiyyətlə pisləyərək onları müharibə cinayəti adlandırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.