Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik

Baxış: 261
Paşinyan: Siyasi cəhətdən hazırıq və Azərbaycana təklif edirik


Ermənistan Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və geri tranzitini təmin etməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 14-də İrəvanda keçirilən “Dünyanın kəsişməsi: inkişaf edən regional kommunikasiyalar” konfransında çıxışında deyib.

“Sovet dövründə bizim Tavuş və  Zəngəzur vasitəsilə Azərbaycanla birbaşa dəmir yolu əlaqəmiz var idi. Mən Ermənistanın Türkiyədən yük maşınlarının Marqara və Kornidzordan keçərək Azərbaycana və geriyə tranzitini təmin etmək istəyinə də diqqətinizi çəkmək istərdim. Niyə biz bunu indi təklif edirik? Çünki bu infrastruktur bu gün hazırdır. Biz də siyasi cəhətdən hazırıq, ancaq bura sadəcə investisiya qoymaq lazımdır", - Paşinyan bildirib. 

Zəngəzur dəhlizinə toxunan Paşinyan diqqətə çatdırıb ki, “Tramp marşrutu”nun Amerikaya 49 və yaxud 99 ilə icarəyə verilməsi məsələsi nəzərdən keçirilir: “İcarənin müddəti ABŞ-ın buraya yatıracağı sərmayənin həcmindən və layihənin gəlirindən asılı olacaq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.