Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çexiya Milli Bankı dünya üzrə ilkə imza atdı

Baxış: 234
Çexiya Milli Bankı dünya üzrə ilkə imza atdı


Çexiya Milli Bankı 1 milyon dollarlıq sınaq kriptoportfeli yaradıb və bununla da kriptovalyutalara investisiya edən ilk dünya tənzimləyicisi olub.

Bu barədə bankın Mətbuat Xidməti məlumat yayıb.

Eksperimental portfelə "Bitcoin", ABŞ dollarına indekslənmiş "stablecoin"lər, həmçinin blokçeyn üzərində tokenləşdirilmiş depozitlər daxildir.

"Bu struktur Çexiya tənzimləyicisinə fərqli rəqəmsal aktiv növlərini və onların xüsusiyyətlərini müqayisə etməyə imkan verəcək. Kriptovalyutalara investisiyanın məqsədi blokçeyn texnologiyaları ilə praktiki təcrübə qazanmaqdır, çünki bu texnologiyalar gələcəkdə maliyyə və ödəniş sistemlərinə əhəmiyyətli təsir göstərə bilər", - deyə bankın məlumatında vurğulanır.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.