Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyədə səhər tezdən qorxudan zəlzələ - FOTO

Baxış: 234
Türkiyədə səhər tezdən qorxudan zəlzələ - FOTO


Türkiyənin Balıkesir şəhərində 4.5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 05:48-də Sındırqı rayonunda qeydə alınıb.

13,25 kilometr dərinlikdə baş verən zəlzələ İstanbul, İzmir və ətraf əyalətlərdə də böyük panika yaradıb.

Mütəxəssislər 10 avqustda baş verən ilk 6,1 bal gücündə zəlzələdən bəri təxminən 15 000 afterşok baş verdiyini bildiriblər və bu vəziyyəti "zəlzələ fırtınası" kimi təsvir edirlər.

Qeyd edək ki, Balıkesirdə 10 avqust və 27 oktyabr tarixlərində 6,1 bal gücündə zəlzələlər baş verib. Bölgədə təxminən 1600 müstəqil ərazi orta və ya ağır ziyana məruz qalıb. Ardıcıl zəlzələlərdən sonra Sındırqı fəlakət bölgəsi elan edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.