Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pandemiya şəraitində Avropada səyahəti asanlaşdıran tətbiqetmə işə salındı

Baxış: 293
Avrasiya İqtisadi İttifaqı ölkələri vətəndaşlarının inteqrasiya birliyi daxilində pandemiya şəraitində sərbəst və təhlükəsiz hərəkəti üçün “COVID-19 olmadan səyahət” mobil tətbiqi işə salınıb. Tətbiqi həm “AppStore”, həm də “Google Play” tətbiqetmə mağazalarından yükləmək olur.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
“Tətbiq Aİİ ölkələrində səyahətdən əvvəl COVID-19 testindən keçmək üçün yaxınlıqda olan laboratoriyaları tapmağa imkan verir”, - deyə tətbiqin izahında deyilir.
Tətbiqi yüklədikdən sonra istifadəçi coğrafi yerləşməyə girişi təmin etməlidir. Sonra istifadəçi səyahət pasportunu skan etməli, gediş və gəliş ölkəsini, eləcə də test üçün laboratoriyanı seçməli və qəbula yazılmalıdır.
Məlumatda bildirilir ki, sərhəddən keçərkən analizin nəticəsi olan QR kodu nəzarətçiyə göstərmək kifayətdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.