17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) bir sıra tərəfdaş ölkələrdə “regional enerji təchizatı təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin artırılmasına” yönəlmiş proqram həyata keçirməyi planlaşdırır.
RT xəbər verir ki, göstərilən məqsədlərə “Enerji aktivlərinin inkişafına investisiya” layihəsi çərçivəsində çatmaq nəzərdə tutulur.
Enerji sektorunun istilik və enerji istehsalı müəssisələri, elektrik enerjisinin ötürülməsi və paylanması şəbəkələri, bərpa olunan enerji mənbələri, su təchizatı və sanitariya infrastrukturu da daxil olmaqla, bütün sahələrinə investisiyaları dəstəkləyərək müəyyən edilmiş hədəflərə çatmaq planlaşdırılır.
Əhəmiyyətli investisiya tələb edən infrastruktur təkliflərinə xüsusi diqqət yetirilməsi təklif olunur.
Podratçılar enerji sektorundakı investisiya layihələrinin əhatə dairəsini aşağıdakı ölkələrdə müəyyənləşdirməlidirlər: Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna.
Bu işin ABŞ biznesi və texnologiyası üçün bazarlar açmasına kömək edəcəyi vurğulanır.
Eyni zamanda agentlikdən bildirilib ki, Avropa və Avrasiya bölgələrindəki tərəfdaş ölkələr əsasən Rusiyadan neft və qaz idxalından asılıdırlar.
Bu səbəbdən, bu dövlətlərin enerji sektoruna yatırılan investisiyalar amerikalı mütəxəssislərin fikrincə, “tədarükün təhlükəsizliyi və etibarlılığının yüksəldilməsinə birbaşa təsir göstərəcək” və “siyasi müdaxilə”nin qarşısında həssaslığı azaldacaq.
Qeyd edək ki, 2020-ci ildə ABŞ Rusiyanın Avropa bazarındakı mövqeyini zəiflətmək və yanacaq tədarükünü şaxələndirmək üçün Avropa İttifaqı ilə tərəfdaş dövlətlər arasında əməkdaşlığı genişləndirməyi planlaşdırdığını açıqlamışdı.
Bundan əlavə, ABŞ Dövlət Departamenti “Şimal Axını -2” qaz kəmərinin tamamlanmasını izləyəcəyini və lazım gələrsə sanksiya tətbiq olunması məsələsinə baxacağını bildirmişdi.
Bölməyə aid digər xəbərlər