Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Putin nüvə torpedasının sınaqlarına başlanıldığını elan etdi

Baxış: 261
Putin nüvə torpedasının sınaqlarına başlanıldığını elan etdi


Rusiya nüvə energetik qurğusu ilə təchiz edilmiş "Poseydon" sualtı aparatının növbəti sınağını keçirib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videoəlaqə vasitəsilə iclas zamanı məlumat verib.

Putin keçirilən sınaqları "böyük uğur" adlandırıb və kompleksin Hərbi Dəniz Donanmasının inkişaf proqramı çərçivəsində sınaq mərhələlərini keçməyə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, "Poseydon" daha əvvəl "Status-6" (NATO kod adı "Kanyon") kimi tanınırdı. Bu, Rusiyanın nüvə energetik qurğusu ilə təchiz edilmiş pilotsuz sualtı aparatı layihəsidir. Mahiyyət etibarilə, bu, nüvə torpedasıdır ki, əraziyə ağır zərər vurmaq və bununla da geniş radioaktiv çirklənmə və sunami sahələri yaratmaq qabiliyyətinə malikdir.

"Poseydon"un uzunluğu 20 metr, diametri 1,8 metr və çəkisi 100 tondur və onun qarşısının alınması mümkün deyil.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.