Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ruslar Putinə nə qədər etibar edir? - Sorğu

Baxış: 149
Ruslar Putinə nə qədər etibar edir? - Sorğu


Rusiyalıların 77,8 faizi Prezident Vladimir Putinə etibar edir. 

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bu, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı rəy sorğusunun nəticələrindən məlum olub.

Son sosioloji sorğuya əsasən, rusiyalıların 74,5 faizi Putinin fəaliyyətini bəyənir, 15,6 faizi isə onun işini mənfi qiymətləndirir. Bundan başqa, vətəndaşların 77,8 faizi dövlət başçısına etibar etdiyini, 17,1 faizi isə etibar etmədiyini bildirib. 

Rəy sorğusu 13-19 oktyabr tarixlərində 18 yaşından yuxarı 1600 Rusiya vətəndaşı arasında telefon vasitəsilə aparılıb. 

Qeyd edək ki, 3-5 oktyabr tarixlərində keçirilmiş əvvəlki rəy sorğusunda repondentlərin 79 faizi Putinə inandığını bildirmişdi. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.