Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp: Hindistan Rusiya neftindən imtina edir, Çini də məcbur edəcəyik

Baxış: 133
Tramp: Hindistan Rusiya neftindən imtina edir, Çini də məcbur edəcəyik


Hindistanın baş naziri Narenda Modi ölkəsinin bundan sonra  Rusiya neftini almayacağını bəyan edib. 

belə bir bəyanatla ABŞ prezidenti Donald Tramp da çıxış edib.
"Dostum (Modi-red.) məni Rusiyadan neft almayacağına inandırdı. O, bunu dərhal edə bilməz. Bu, bir prosesdir. Amma bu, tezliklə başa çatacaq", - Tramp deyib.
O  həmçinin əlavə edib ki, Vaşinqton Hindistanın Rusiya neftini almağa davam etməsindən məmnun deyil.

“Çünki bu, Rusiyaya artıq bir milyon əsgərini itirdiyi müharibəni davam etdirməyə imkan verir”, -o vurğulayıb.


Tramp Çini də Hindistan kimi Rusuyadan neft almağı dayandırmağa məcbur etməyə çalışacaq.
Qeyd edək ki, Hindistan və Çin hazırda Rusiyanın dəniz neft ixracatının ən böyük alıcılarıdır. Hər iki ölkə Rusiya məhsullarının ucuzlaşmasından istifadə edərər faydalanmağa çalışırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.