Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Terrorizmin maliyyələşdirilməsində Sorosun rolunu araşdırmağa çağırdı

Baxış: 135
Terrorizmin maliyyələşdirilməsində Sorosun rolunu araşdırmağa çağırdı


ABŞ-də respublikaçı konqresmen Baddi Karter Ədliyyə Nazirliyini maliyyəçi Corc Sorosun ölkədə daxili terrorizmin maliyyələşdirilməsində rolunu araşdırmağa çağırıb.

"Bu barədə "Daily Caller" portalı konqresmenin məktubuna istinadən məlumat yayıb.

"Biz ondan ehtiyat edirik ki, Soros Fondu "Open Society Foundations" siyasi ekstremizmin təbliği ilə əlaqəli təşkilatların maliyyələşdirilməsində əhəmiyyətli rol oynayıb", - deyə məlumatda bildirilir.

Məktubda həmçinin iddia edilir ki, Corc Soros daxili terrorizm anlayışı altına düşən fəaliyyətlə məşğul olur və ya onu dəstəkləyir. Həmçinin Karter "Open Society Foundations" Fondu və Soros tərəfindən dəstəklənən digər təşkilatların daxili terrorizmə aid federal qanunları pozub-pozmadığını yoxlamağı xahiş edib.

Bundan əlavə, konqresmen Soros tərəfindən ABŞ vətəndaşlarına qarşı yönəlmiş zorakılığa və digər qeyri-qanuni fəaliyyətə maddi dəstəyin təşkil edilib-edilmədiyini də müəyyənləşdirməyə çağırıb.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.