Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Trampın “tarixi dəyişiklik” vədi: Dərmanların qiyməti 100 faiz ucuzlaşacaq

Baxış: 93
Trampın “tarixi dəyişiklik” vədi: Dərmanların qiyməti 100 faiz ucuzlaşacaq


ABŞ prezidenti Donald Tramp dərman bazarında “tarixi dəyişiklik” vəd edib.

 Tramp yeni TrumpRx təşəbbüsü çərçivəsində dərmanların qiymətlərinin 100 faizədək, hətta bəzi hallarda bundan da çox ucuzlaşdırılacağını açıqlayıb. Onun sözlərinə görə, artıq Pfizer şirkəti ilə ilkin razılaşma əldə olunub və dərmanlar xəstələrə birbaşa, siyahı qiymətlərindən ciddi endirimlərlə çatdırılacaq.

Ağ Ev bu təşəbbüsü “Amerikalı pasiyentlər üçün ən aşağı qiymətlərin gətirilməsi” kimi təqdim edib.

Bununla yanaşı, ekspertlər Trampın “100 faizdən də çox endirim” iddiasına şübhə ilə yanaşır. Analitiklər bildirirlər ki, belə dərəcədə ucuzlaşmanı real iqtisadi mexanizmlərlə izah etmək çətindir və bu, daha çox siyasi şüar effekti daşıyır. (musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.