Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çin və Hindistan Ukraynadakı müharibənin əsas sponsorlarıdır - Tramp

Baxış: 103
Çin və Hindistan Ukraynadakı müharibənin əsas sponsorlarıdır - Tramp


Rusiya-Ukrayna müharibəsi tezliklə bitməyəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.

"Rusiyanın vəziyyəti elə də ürəkaçan görünmür. Deyəsən, müharibə uzun müddət bitməyəcək", - ABŞ Prezidenti deyib.

Tramp hesab edir ki, Rusiya iqtisadiyyatı çökür və bu, sülh prosesində nailiyyətdir:

"Ən böyük irəliləyiş Rusiya iqtisadiyyatıdır. O, dəhşətli vəziyyətdədir. Dağılır. Açığını deyim ki, Ukrayna ordusu bu böyük ordunun qarşısını almaq üçün yaxşı iş görür".

Ağ Ev rəhbəri əlavə edib ki, Çin və Hindistan Rusiya neftini almağa davam etdiyi üçün Ukraynadakı müharibənin əsas sponsorlarıdır. Tramp həmçinin Macarıstanın Baş naziri Viktor Orbanla danışacağını və onu Rusiya neftini almağı dayandırmağa inandıracağını da istisna etməyib.(Report)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.