Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

CİA rəhbəri illər əvvəl əsir götürdüyü Suriya liderinə: "Sizə heyranam" - VİDEO

Baxış: 161
CİA rəhbəri illər əvvəl əsir götürdüyü Suriya liderinə: "Sizə heyranam" - VİDEO


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da səfərdə olan Suriya lideri Əhməd əl-Şaraa 20 il əvvəl onu əsir götürən keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin(CİA) direktoru Petreus ilə görüşüb.
Sahibkartv.az xarici KİV-ə istinadla xəbər verir ki, Şaraa Petreusun moderatorluğu ilə keçirilən “Concordia” Sammitində aktual hadisələrlə bağlı sualları cavablandırıb.
"Biz o zaman İraqda fərqli tərəflərdə idik. Deyə bilərsinizmi, 20 il əvvəl "Əl-Qaidə"dən bu günə necə gəldiniz?", - deyə Petreus Suriya liderinə sual edib.
"O vaxt müharibə var idi, indi isə dialoq var. Biz nə keçmişi günümüzün qaydaları ilə, nə də indiki dövrü keçmişin qaydaları ilə mühakimə edə bilərik", - deyə Şaraa təmkinlə cavab verib.
Söhbət əsnasında Petreusun Şaraaya "Kifayət qədər yata bilirsinizmi? Mən orada olmuşam, bilirəm ki, çox çətindir. Sizin çoxlu fanatlarınız var, mən də onlardan biriyəm" deməsi tamaşaçıları təəccübləndirib.
Petreusun “Bir vaxtlar sizi tutan mən idim” sözlərinə Suriya lideri gülərək qarşılıq verib.
Qeyd edək ki, Əhməd əl-Şaraa 20 il əvvəl ABŞ tərəfindən ələ keçirilib, 5 il həbsdə saxlanılıb və sonra sərbəst buraxılıb. Daha sonra isə onun başına 10 milyon dollar mükafat qoyulmuşdu.
Bu gün o, qlobal sammitdə dövlət başçısı kimi səhnəyə çıxıb.
Billurə Yunus


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.