Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Netanyahu: "Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar"

Baxış: 145
Netanyahu: "Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar"


"Qəzza zolağında gedən müharibə səbəbindən İsrail iqtisadi təcrid dövrünə qədəm qoyur".

"Bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin dövlət katibi Marko Rubio ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Xüsusilə, o hesab edir ki, Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar:

"Bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün işlər görməliyik. Onlardan biri Çin, digəri Qətərdir. Onlar Qərb dünyasının sosial şəbəkələrində İsrailin legitimliyinə hücum təşkil edirlər".

Baş nazir əlavə edib ki, dünya bloklara bölünüb və İsrail onların heç birinə daxil deyil. Eyni zamanda, onun sözlərinə görə, ölkə öz potensialına arxalanaraq və ABŞ-nin dəstəyindən yararlanaraq təcriddən çıxmağa qadirdir.(oxu.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.