Day, Month 00, Year
00: 00: 00 AM

İranda koronavirusun dördüncü dalğası barədə xəbərdarlıq

İran Prezidenti Həsən Ruhani ölkənin COVID-19-a qarşı mübarizəsini qiymətləndirib.
İRNA-nın verdiyi məlumata görə, o, ölkədə koronavirusun yeni dalğasının gözlənildiyi barədə xəbərdarlıq edib.
Ruhani bunu İran təqviminə görə yeni ilin başlayacağı 21 martda Novruz festivalı ilə əlaqələndirib.
İran başçısı bildirib ki, dördüncü dalğa baş verərsə, məhdudiyyətlər tətbiq olunacaq.
Ölkədə noyabr ayının sonlarına doğru artan epidemiyanın üçüncü dalğasında gündəlik insan itkisi rekord həddə çataraq 500-ə yaxınlaşıb, hökumət 21 noyabr 2020-ci il tarixindən pandemiya dövründə ən sərt tədbirləri həyata keçirib.
Qeyd edək ki, İranda bu zamana qədər 1 411 731 nəfərdə koronavirus qeydə alınıb, 57 889 xəstə virusdan ölüb, 1 202 893 nəfər isə sağalıb.


Tarix: 31-01-2021, 11:22 Oxunub: 104


Bölməyə aid digər xəbərlər