Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə olundu

Baxış: 137
“Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə olundu


Türkiyədə Küçükçekmece Respublika Baş Prokurorluğu “Can Holdinq”ə qarşı əməliyyat həyata keçirib.

Bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, holdinqin tərkibində olan “Habertürk” və “Show TV” də daxil olmaqla 121 şirkət müsadirə olunub.

“Can Holdinq”in rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ daxil olmaqla 10 nəfər barəsində həbs qərarı verilib. 

Onların həbs olunma ittihamlarının “cinayət təşkilatı qurmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” olduğu bildirilib.

Jandarmanın “Habertürk”, “Show TV” və “Bloomberg”in də yerləşdiyi binada axtarışlara davam etdiyi qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.