Rusiya dəhşətli HÜCUMA HAZIRLAŞIR – Avropa HƏYƏCAN İÇİNDƏ
Tarix: 4-09-2025, 16:00
/
Baxış: 144
Avropa liderləri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşmasından ciddi narahatdır. Onlar bu məsələni prezident Volodimir Zelenski ilə təhlükəsizlik zəmanətlərinin müzakirəsi zamanı gündəmə gətiriblər.
Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr yazır ki, ötən həftə Tulonda keçirilən Təhlükəsizlik Şurasının iclasında Almaniya və Fransa rəsmiləri Donetsk vilayətində, xüsusən Pokrovsk yaxınlığında Rusiya qoşunlarının cəmlənməsi barədə müzakirələr aparıblar. Mənbələrə görə, Kreml bölgəyə böyük qüvvələr köçürüb.
Zelenski bildirib ki, hazırda Pokrovsk istiqamətində cəbhə xəttində 100 minə yaxın rus əsgəri toplanıb. Rusiya bir ildən çoxdur şəhəri mühasirəyə almağa çalışsa da, hələlik nəticə əldə edə bilməyib. Pokrovskun ələ keçirilməsi Moskvanın Kramatorsk və Slavyanska doğru hücumuna yol açacaqdı.
Yaxın günlərdə Parisdə keçiriləcək görüşdə Ukraynaya müharibədən sonrakı təhlükəsizlik təminatlarının yekun müzakirəsi planlaşdırılır. Avropa liderləri, həmçinin Donald Trampla da danışıqlar aparmaq niyyətindədirlər.
Fransa prezidenti Emmanuel Makron Zelenski ilə görüşdə Avropanın Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb. Görüşdə Niderland və Polşa baş nazirlərinin iştirakı, Böyük Britaniya, Almaniya və İtaliya liderlərinin isə videobağlantı vasitəsilə qoşulması gözlənilir.
Avropalılar ABŞ-ın mövqeyini aydınlaşdırmaq, Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları gücləndirməyə razı salmaq istəyirlər.
NATO baş katibi Mark Rutte deyib ki, Avropa daxilində məsləhətləşmələrdən sonra ABŞ-la daha fəal əlaqə qurmaq mümkün olacaq. O, Putinin Zelenski ilə mümkün görüşündən əvvəl zəmanətlərin dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
Buna baxmayaraq, diplomatik proses dalana dirənib. Mənbələr bildirir ki, avqustda qısa müddət aktivlik artsa da, indi danışıqlar dayanıb və Kreml yeni hücuma hazırlaşır.
Qeyd olunur ki, Rusiyanın yay hücumu Moskvanın gözlədiyi nəticəni verməyib. Qoşunlar may-avqust aylarında cəmi 2033 kvadrat kilometr ərazi ələ keçiriblər ki, bu da Ukrayna ərazisinin 0,3 faizinə bərabərdir.
Eyni zamanda, Rusiya hava zərbələrini gücləndirib. BMT-nin məlumatına görə, 2022-ci ilin mayından bəri ən çox itki iyulda qeydə alınıb – 589 mülki şəxs ölüb, 1152 nəfər yaralanıb. Avqustun 28-də Kiyevə hücum nəticəsində isə azı 25 nəfər həlak olub.
Almaniya kansleri Fridrix Merz bəyan edib ki, Ukrayna ordusunun gücləndirilməsi ən vacib təhlükəsizlik zəmanətidir. O, xarici qoşunların yalnız atəşkəsdən sonra müzakirə oluna biləcəyini bildirib.
“Ukrayna uzunmüddətli perspektivdə özünü müdafiə edə bilməlidir və biz bu işdə ona həm indi, həm də gələcəkdə dəstək verəcəyik”, – Merz vurğulayıb.
Kansler həmçinin Rusiyanın müharibə iqtisadiyyatını davam etdirə bilməyəcəyini, iqtisadi tükənmənin təşviq edilməli olduğunu bildirib.
Merz Putini “dövrümüzün ən ciddi hərbi cinayətkarı” adlandıraraq əlavə edib:
“Putinə güvənmək üçün heç bir səbəbim yoxdur”.
Digər xəbərlər
Xəbər lenti
14:11
05-12-2025
05-12-2025
14:06
05-12-2025
05-12-2025
13:38
05-12-2025
05-12-2025
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
18:31
04-12-2025
04-12-2025
17:49
04-12-2025
04-12-2025
17:33
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
135
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117
“Kənd Tərəvəzindən Premium Qida Satışına: Fermer Sahibkarlığında Dəyişən Trendlər”
04-12-2025 20:43
/
117
“Meyvə Yığımını Təbii Brendə Çevirən Sahibkar Fermerlərin Yeni Bazarı”
04-12-2025 20:33
/
126
“Əkin Biçinindən Brend Məhsula: Sahibkarlığın Kənddən Başlayan Dəyişimi”
04-12-2025 20:16
/
144


































