Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur geyim markası yüzlərlə işçini ixtisar edir

Baxış: 203




Məşhur idman geyim brendlərindən biri olan “Nike” işçi sayını azaldacaq. Belə ki, şirkət yüzlərlə əməkdaşı əhatə edəcək ixtisarlara başlayıb.
Sahibkartv.az xəbər verir ki, “Nike”nin rəsmi açıqlamasında ixtisarların korporativ işçi qüvvəsinin təxminən 1 faizindən azını əhatə edəcəyi bildirilib. 
Şirkət açıqlamasında yeni strukturda idmanı və idman mədəniyyətini mərkəzə yerləşdirmək, idmançılar və istehlakçılarla daha dərin əlaqələr qurmağın əsas götürüldüyü qeyd edib. 
Nəzərə çatdıraq ki, 2024-cü ilin may ayının sonuna “Nike”ın dünya üzrə təxminən 77 min 800 işçisi var idi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.