Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Makron siyasi böhran fonunda istefa verməyəcək

Baxış: 241
Makron siyasi böhran fonunda istefa verməyəcək


Fransa Prezidenti Emmanuel Makron sentyabrın 8-də Milli Assambleyada etimad səsverməsi ilə üzləşəcək Fransua Bayru hökumətinin ehtimal olunan süqutu kontekstində istefasının mümkünlüyünü istisna edib.

"Bu barədə Makron “JDNews”a müsahibəsində deyib.

"Prezident olmaq, seçildiyiniz, ən əsası isə ölkə üçün düzgün hesab etdiyinizi etmək deməkdir. Mən bunu ilk gündən edirəm və son saata qədər də davam etdirəcəyəm", - o deyib.

Nəşr yazıb ki, "Üsyankar Fransa" solçu partiyasının təsisçisi Jan-Lük Melanşon Bayru hökumətinin mümkün gedişindən sonra parlamentin buraxılması ilə əlaqədar Makronun istefasına üstünlük verəcəyini deyib.

Öz növbəsində, çərşənbə axşamı “Elabe”nin BFM telekanalı üçün keçirilən sorğusunun məlumatları göstərir ki, Fransa sakinlərinin təxminən 72 %-i sentyabrın 8-də hökumətə etimad səsverməsinin hökumətin istefası ilə nəticələnəcəyinə ümid edir. Respondentlərin 27 %-i hökuməti dəstəkləyib, qalanları cavab verməkdə çətinlik çəkib. Respondentlərin 76 %-nin fikrincə, baş nazir Fransua Bayrunun təqdim etdiyi büdcə layihəsi dövlət borcunun azaldılmasında səmərəsizdir. Respondentlərin 67 %-i Prezident Makronun istefasını dəstəkləyir.(Report)


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.