Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yaxın beş ildə dünyada baş verə biləcək beş potensial müharibə - "Politico" açıqladı

Baxış: 178
Yaxın beş ildə dünyada baş verə biləcək beş potensial müharibə - "Politico" açıqladı


Amerika kəşfiyyatı və ekspertlərinin qiymətləndirməsinə görə, yaxın beş ildə bir sıra regionlarda lokal böhranların qlobal nəticələrə səbəb ola biləcək müharibələrə çevrilmə ehtimalı var. 

Bu barədə "Politico" yazıb.

Məqalə müəlliflərinin fikrincə, Hindistan və Pakistan nüvə münaqişəsi üçün əsas namizədlər hesab olunur. Buna səbəb Kəşmir problemi və tərəflərin oxşar gücə malik nüvə arsenalıdır. Pakistanın aşağı həddli nüvə silahı tətbiqi doktrinası vəziyyəti daha da təhlükəli edir.

Çin eyni anda iki potensial münaqişəyə cəlb oluna bilər. Birinci ssenari Tayvanla bağlıdır və müəlliflərin qeyd etdiyi kimi, bu, beynəlxalq sistem üçün dönüş nöqtəsi olacaq və ABŞ-ın müttəfiqlərinə verdiyi təhlükəsizlik zəmanətlərini ciddi sınağa çəkəcək. İkinci ehtimal isə Hindistanla sərhəd münaqişəsidir. Kökləri kolonial dövrə gedib çıxan bu qarşıdurmada qarşılıqlı etimadsızlıq və təzyiqi azaldacaq mexanizmlərin olmaması təhlükəli eskalasiya riskini artırır.

Qərb ekspertləri risklər siyahısına həmçinin Rusiyanın Baltik ölkələrinə mümkün hücumunu da daxil edirlər. Belə bir addım NATO üçün ciddi sınaq və Qərbin təhlükəsizlik zəmanətlərinə inamın dağılması demək olar. 

Şimali Koreya ilə bağlı isə analitiklər qeyd edirlər ki, Kim Çen In rejiminin qeyri-sabitliyi və nüvə silahına söykənən siyasət böhranı çətin proqnozlaşdırıla bilən vəziyyətə gətirib çıxarır.(qaynarinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.