Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gürcüstanın ticari əməliyyatlarında Azərbaycanın payı nə qədərdir? - FOTO

Baxış: 340
2020-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatındakı payı açıqlanıb.
Sahibkartv.Az-ın Gürcüstanın Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, Gürcüstana ən çox məhsul ixrac edən ölkələr sırasında Azərbaycan Çindən sonra ikinci yerdədir.
Azərbaycan siyahıda Rusiya, Bolqarıstan, Ukrayna, Türkiyə, Ermənistan, İsveçrə, İspaniya və Amerika Birləşmiş Ştatlarını geridə qoyub. Cari dövrdə Azərbaycan Gürcüstana 441,3 milyon ABŞ dolları həcmində məhsul ixrac edib. Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların həcmi ümumi ixracın 13,2 faizini təşkil edib. 2019-cu ilin göstəriciləri ilə müqayisədə ixrac həcmi 13,2 faiz azalıb.

2020-ci ildə Gürcüstanın ixrac həyata keçirdiyi ölkələr arasında Azərbaycanın da olduğu ilk 10 ticarət tərəfdaşının payı 78,6 faiz təşkil edib. Belə ki, müvafiq dövrdə Gürcüstandan Azərbaycana idxal edilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalıb.
Siyahıda Gürcüstanın məhsul ixrac etdiyi ölkələr siyahısında Azərbaycan İspaniyadan sonra Amerika Birləşmiş Ştatlarını qabaqlayaraq 9-cu yerdə qərar tutub. Azərbaycana ixrac edilən məhsulun həcmi ümumi ixracın 3,3 faizini təşkil edir. Bu dövr ərzində Azərbaycan Gürcüstandan 79,4 milyon dollar həcmində məhsul idxal edib.

İki ölkə arasındakı ticarət dövriyyəsinin ümumi həcmi isə 520,7 milyon dollar olub. Ticarət dövriyyəsində Gürcüstanın ən çox əməliyyat apardığı ölkələr siyahısında Azərbaycan dördüncü ölkədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.