Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ABŞ-ın vitse-prezidenti: ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək

Baxış: 202
ABŞ-ın vitse-prezidenti: ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək


ABŞ artıq Ukraynadakı münaqişəni maliyyələşdirməyəcək.

Bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Fox News-a müsahibəsində deyib.

O, bildirib ki, Vaşinqton bu məsələnin sülh yolu ilə həllinə nail olmaq istəyir:

“Əgər avropalılar təşəbbüsü üzərilərinə götürüb Amerika istehsalçılarından silah almaq istəyirlərsə, ABŞ buna qarşı deyil, lakin artıq bunu maliyyələşdirməyəcək”.

ABŞ-ın vitse-prezidentinin dediyinə görə, Tramp əmindir ki, Alyaskada Putinlə keçiriləcək görüş görülən səylərə dəyər:

“Bu danışıqlar Amerika diplomatiyası üçün əhəmiyyətli irəliləyişdir. ABŞ hazırda Putinin və Zelenskinin bir masa arxasında əyləşərək münaqişənin dayandırılmasını müzakirə edə biləcəyi vaxtı razılaşdırma prosesindədir. Vaşinqton Ukraynadakı münaqişənin mövcud təmas xəttini nəzərə alaraq həllinə çalışır”.

O, eyni zamanda qeyd edib ki, Tramp, Çin Xalq Respublikasının Rusiya nefti almasına görə gömrük rüsumları tətbiq etməyi düşünür, lakin hələlik yekun qərar verilməyib.(apa)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.