Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?

Baxış: 328
Norveçdə 33 nəfər yaşlı insanın “Pfizer/BioNTech” koronavirus peyvəndi vurulduqdan qısa müddət sonra ölməsi peyvəndlə bağlı müzakirələri artırıb.
BBC xəbər verir ki, Norveç Dərman İdarəsinin müdiri Steinar Madsen həmin ölümlərin peyvəndlə əlaqəsi olmadığını deyib.
Onun sözlərinə görə, həyatını itirən şəxslərin ağır xəstəlikləri olub.
Həkim bildirib ki, həmin şəxslər peyvəndi vurdurmasalar da uzun müddət yaşamayacaqdılar.
Ən çox görülən yan təsirlərin belə bu xəstələrdə ciddi fəsadlar yaratdığını bildirən Madsen COVID-19-a yoluxmanın onlar üçün peyvənddən daha böyük risk yaratdığını vurğulayıb.
Qeyd edək ki, ölüm faktları araşdırılır və nəticələr bu həftə Avropa Dərman Təşkilatı ilə paylaşılacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.