Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: Rusiya Ukraynada uğur qazanarsa, hədəf Qafqaz və Türkiyə olacaq

Baxış: 115
Səfir: Rusiya Ukraynada uğur qazanarsa, hədəf Qafqaz və Türkiyə olacaq


“Türkiyə Qara dəniz regionunda liderliyə iddialı olaraq diplomatik mövqelərini gücləndirməyi planlaşdırır. Türkiyə eyni zamanda Rusiyanın yaratdığı təhlükəni dərk etdiyi üçün Ukrayna ilə tərəfdaşlıq münasibətləri qurmağa hazırdır”.

Bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “rbk-ukrayna”ya müsahibəsində deyib .

Diplomat bildirib ki, Türkiyə özünü lider kimi görür və bu, heç kimə sirr deyil: “İslam dünyasında liderlik iddiasındadır, türk dünyasında isə artıq faktiki liderdir. Bir çox türk dövlətlərinin, o cümlədən Azərbaycan, Orta Asiya ölkələrinin, Rusiya və Ukraynadakı türk xalqlarının nümayəndələri (məsələn, Krım tatarları) Türkiyənin aparıcı rolunu şəxsən tanıyır", - deyə o bildirib.

O, Türkiyənin İslam dünyasında liderlik uğrunda ərəb ölkələri ilə rəqabət apardığını vurğulayıb. 

Səfirin fikrincə, regional münaqişələrə, xüsusən də Ukrayna ilə Rusiya arasındakı müharibəyə münasibətində özünü göstərir: “Türkiyə başa düşür ki, Avropa və ABŞ ilə münasibətlərini qoruyub saxlamaqla yalnız tərəfdaşlıq şəraitində liderlik mövqelərinə nail olmaq mümkündür.
Rusiya ilə ticarət edə bilərsiniz, amma Türkiyənin maraqlarını qoruyacaq heç bir strateji tərəfdaşlıq ola bilməz. Rusiya Ukraynada uğur əldə edərsə, ondan əsas hədəf Qafqaz və bəlkə də Türkiyə olacaq. Tarix göstərir ki, Rusiya Aralıq dənizinə çıxış əldə etmək üçün Bosfor və Dardanel boğazlarına nəzarət etməyə çalışır”, - səfir bildirib.

O əlavə edib ki, Türkiyədə çoxları bunu başa düşür.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.