Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zelenski: Putinlə görüşdə bu liderlər də iştirak etməlidir

Baxış: 334
Zelenski: Putinlə görüşdə bu liderlər də iştirak etməlidir


Ukrayna Rusiya nümayəndələri ilə yüksək səviyyəli görüşün keçirilməsini təklif edib. 

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski Fransa prezidenti Makrona İstanbulda Rusiya tərəfi ilə üçüncü görüşün nəticələri barədə məlumat verib.

"Biz yeni məhbus mübadiləsi ilə bağlı razılığa gələ bildik. Avqustun sonuna qədər sammitin keçirilməsi təklifimizlə bağlı cavab gözləyirik. Avropanın nümayəndələri iştirak etməlidir", - Zelenski bildirib.

Zelenski əlavə edib ki, Kiyev Moskvaya daha yüksək səviyyədə liderlərin görüşünü keçirməyi təklif edib.  O qeyd edib ki, növbəti raundda Putinlə keçirilən görüşdə Ukrayna ilə yanaşı, Rusiya, ABŞ, Türkiyə və Avropa ölkələrinin liderlərinin iştirak etməlidir.

Rusiya və Ukrayna arasında danışıqların sonuncu raundu iyulun 23-də İstanbulda baş tutub.

Görüş barədə məlumat verərkən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, prinsipcə hər iki tərəf Zelenski ilə Putin arasında zirvə görüşünün keçirilməsinə razılaşıb, lakin görüşün şərtləri ilə bağlı fikir ayrılığı yaranıb. ​​​​

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.