Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pezeşkian: Paytaxt Tehrandan köçürülməlidir, yoxsa əhali susuz qalacaq

Baxış: 174
Pezeşkian: Paytaxt Tehrandan köçürülməlidir, yoxsa əhali susuz qalacaq


Tehranda su qıtlığının indiki sürətlə davam edəcəyi və problemin həlli tapılmayacağı təqdirdə, əhalinin su ilə təmin edilməsi qeyri-mümkün olacaq.

Bunu İran prezidenti Məsud Pezeşkian  islahatçı qanadın üzvlərinilə  görüşdə Tehrandakı su böhranı ilə bağlı fikrilərini bölüşərkən deyib.

Yaranmış vəziyyətdən çıxş yolu kimi Pezeşkian  paytaxtın Tehrandan köçürülməsi ilə bağlı fikirlərini təkrarlayıb. "Mən əvvəllər demişdim ki, paytaxtı köçürməliyik. Bəziləri məni tənqid etdi, amma belə davam edə bilmərik. Çnüki enerji balanssızlığı ciddi mərhələdədir. Tehranın həqiqətən suyu yoxdur və belə davam edərsə, xalqı su ilə təmin edə bilməyəcəyik", - Pezeşkian qeyd edib.

İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilib. Tehran Regional Su İdarəsi iyulun 20-də yaydığı bəyanatda Tehranı təmin edən bəndlərdəki su anbarlarının son əsrin ən aşağı səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib və ictimaiyyəti suya qənaət etməyə çağırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.