İranın nüvə israrı, İsrailin nüvə sirri – 200 nüvə başlığı varmış...
Tarix: 25-06-2025, 15:30
/
Baxış: 481
Bu gün Orta Şərqdə barıt çəlləyinə çevrilmiş ən həssas mövzulardan biri İranın nüvə proqramıdır.
Rəsmi Tehran illərdir “Nüvə proqramımız dinc məqsədlərə xidmət edir” israrındadır. Lakin nə İsrail, nə də Qərb ölkələri bu bəyanatları həqiqət kimi qəbul edir. Əksinə, bir çox beynəlxalq müşahidəçi İranın uranı zənginləşdirmə fəaliyyətinin arxasında gizli silah proqramının dayandığını düşünür.
Keçən həftə İsrailin “qabaqlayıcı zərbə” adlandırdığı hücumdan sonra baş nazir Benyamin Netanyahu açıq şəkildə İranın silah proqramına zərbə vurmaq niyyəti güddüklərini dedi. İsrail 12 gün ərzində İranın nüvə obyektlərini bombardman etdi, bombardmana ABŞ da qoşuldu, dünyanın ən böyük bunker dağıdıcı bombaları da Fordodakı yeraltı nüvə müəssisələrinə yağdırıldı.
Bəs İsrailin özü bu silahlara sahib deyil?
İsrail nə nüvə silahına malik olduğunu təsdiqləyir, nə də təkzib edir. “Strategic ambiguity” yəni “strateji qeyri-müəyyənlik” siyasəti İsrailin rəsmi yanaşmasıdır. Amma dünya bu qeyri-müəyyənliyin arxasında gizli bir reallığın olduğu qəbul edilir. İsrailin 1986-cı ilə qədər gizli saxlamağa çalışdığı sirri öz vətəndaşı və nüvə proqramında çalışmış Mordexay Vanunu bütün dünyaya açmışdı.
Vanunu İsrailin Negev səhrasında yerləşən və rəsmi sənədlərdə “tekstil fabriki” kimi qeyd olunan Dimona nüvə obyektində texnik kimi çalışırdı. O, işdən ayrılmazdan əvvəl atom obyektindəki fəaliyyətlərə dair foto çəkmiş və onları “The Sunday Times” qəzetinə təqdim etmişdi. Nəticədə dünya birdən-birə anladı ki, İsrail artıq altıncı nüvə dövləti statusundadır və 200-ə yaxın nüvə başlığına sahib ola bilər.
Vanunu Londonda qəzetə danışdığı gün yoxa çıxdı. Sonradan məlum oldu ki, o, Mossadın “bal tələsi” əməliyyatı ilə Romada oğurlanaraq İsrailə qaytarılıb və 18 il həbs cəzası alıb. Onun cəzasının böyük hissəsi karserdə keçib. Vanununun ifşası İsrailin nüvə proqramına dair ən etibarlı sübut hesab olunur.
İsraildə Vanunu bir çox dairələrdə satqın hesab olunur. Amma o, verdiyi müsahibələrdə deyir:
“Mən xəyanət etmədim. Mən dünyanı məlumatlandırdım. Heç kimə demədim ki, Dimonanı bombalayın, sadəcə göstərdim ki, nəyə sahibik və qərarı siz verin”.
O, 2004-cü ildə azadlığa buraxılsa da, İsraili tərk edə bilmir və dəfələrlə həbsə qaytarılıb.
Mordexay Vanununun açıqlamaları göstərdi ki, İsrail bu gün Yaxın Şərqdə yeganə nüvə gücüdür.
İran 2015-ci ildə nüvə fəaliyyətini məhdudlaşdırmaq və beynəlxalq nəzarətə açmaq üçün nüvə sazişinə imza atdı (JCPOA). Amma Tramp administrasiyası bu sazişdən çıxdıqdan sonra Tehran da zənginləşdirmə fəaliyyətini artırdı. Bunun əksinə olaraq, İsrail heç vaxt Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmayıb. ABŞ müfəttişləri 1960-cı illərdə Dimona obyektində yoxlamalar aparsa da, yeraltı hissələr elə məharətlə gizlədilmişdi ki, nüvə fəaliyyətini sübut edə bilmədilər.
İranın nüvə proqramı üzərində güclü beynəlxalq nəzarət olsa da, İsrailin illərlə qurduğu nüvə proqramı diqqqətdən kənar görünür. Əgər regionda uzunmüddətli sülh arzulanırsa, bu, yalnız bir şərtlə mümkündür: nüvə ikili standartlarına son qoyulmalı, istər Tehran, istərsə də Təl-Əviv eyni dərəcədə hesabatlı olmalıdır.
Digər xəbərlər
Xəbər lenti
22:11
08-04-2026
08-04-2026
21:48
08-04-2026
08-04-2026
21:18
08-04-2026
08-04-2026
20:43
08-04-2026
08-04-2026
20:33
08-04-2026
08-04-2026
20:16
08-04-2026
08-04-2026
19:44
08-04-2026
08-04-2026
19:34
08-04-2026
08-04-2026
19:14
08-04-2026
08-04-2026
18:51
08-04-2026
08-04-2026
18:31
08-04-2026
08-04-2026
18:21
08-04-2026
08-04-2026
17:49
08-04-2026
08-04-2026
17:33
08-04-2026
08-04-2026
17:29
08-04-2026
08-04-2026
17:17
08-04-2026
08-04-2026
16:53
08-04-2026
08-04-2026
16:23
08-04-2026
08-04-2026
16:00
08-04-2026
08-04-2026
15:46
08-04-2026
08-04-2026
15:17
08-04-2026
08-04-2026
15:00
08-04-2026
08-04-2026
14:56
08-04-2026
08-04-2026
13:43
08-04-2026
08-04-2026
11:43
08-04-2026
08-04-2026
11:36
08-04-2026
08-04-2026
11:23
08-04-2026
08-04-2026
11:19
08-04-2026
08-04-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Sahibkarlar üçün böhran dövründə qida biznesi
08-04-2026 22:11
/
81
Taxıl istehsalında gecikmə qlobal böhran yarada bilər
08-04-2026 21:48
/
72
Qızıl və kənd təsərrüfatı investisiyaları arasında seçim
08-04-2026 21:18
/
72
Müharibə fonunda kənd təsərrüfatında dayanıqlılıq
08-04-2026 20:43
/
90
2026-da ərzaq bazarında dəyişən tələbat
08-04-2026 20:33
/
81
Qlobal böhran kənd təsərrüfatında risk idarəçiliyi tələb edir
08-04-2026 20:16
/
72







































