Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp İran və Çinə JEST ETDİ - “Bu, mənim üçün böyük şərəf idi”

Baxış: 209
Tramp İran və Çinə JEST ETDİ - “Bu, mənim üçün böyük şərəf idi”


"Çin indi yenidən İrandan neft ala bilər".

Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Eyni zamanda Amerika lideri Çinin də ABŞ-dan neft alacağına ümid etdiyini bildirib.

"Çin indi İrandan neft almağa davam edə bilər. Ümid edirəm ki, onlar bu nefti həm də ABŞ-dan böyük həcmdə alacaqlar. Bunu mümkün etmək mənim üçün böyük şərəf idi!" - Tramp yazıb.

Qeyd edək ki, İsrail və İran arasında münaqişənin kəskinləşməsi zamanı ekspertlər ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Tehranın Hörmüz boğazını bağlaya biləcəyindən narahat olduqlarını bildiriblər. Dünya neftinin 20%-ə qədəri Hörmüzdən keçir və onun blokadası qiyməti bir barel üçün 130 dollardan yuxarı qaldıra bilər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.