Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cənubi Qafqazda gərginlik planı: Ermənistanın "Xəzərdə İsrail qırıcısı" təxribatı

Baxış: 157
Cənubi Qafqazda gərginlik planı: Ermənistanın "Xəzərdə İsrail qırıcısı" təxribatı


Fotoda guya İranın şimalında, Xəzər dənizində, Ramsar limanı sahillərində tapılmış İsrail qırıcısına məxsus yanacaq çəni əks olunub.

 "Karabakh Today" xəbər verir ki, şəklin sol aşağı küncündə göstərilən tarix — ۲۷ اردیبهشت ۱۴۰۳ (İran təqvimi ilə 1403-cü ilin 27 ürdibehişt) — miladi təqvimlə 2024-cü il, 16 may tarixini göstərir.

"İsrail regionun qərbində yerləşir, Ramsar isə şimalında. Belə olan halda İsrailə məxsus təyyarə Xəzərin bu hissəsində nə edir? Və niyə Paşinyan və Akopyan ətrafı ilə bağlılığı ilə tanınan erməni Telegram kanalı bu görüntüdən anti-İran və anti-Azərbaycan ritorikasını qızışdırmaq üçün istifadə edir?

Aydındır ki, bu — siyasi təxribatdır. Məqsəd isə Azərbaycanı İran ilə ABŞ–İsrail tandemi arasında mümkün qarşıdurmaya cəlb etməkdir", - deyə qeyd edilib və bildirilib ki, bu cəhdlər isə getdikcə daha ümidsiz görünür.

"Görünür, Ermənistan regionda gərginliyi yenidən alovlandırmaq üçün feyklər və informasiya manipulyasiyası ilə “odla oynamağa” başlayıb", - deyə xəbərdə vurğulanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.