Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fatih Altaylının həbsi ilə bağlı açıqlama

Baxış: 151
Fatih Altaylının həbsi ilə bağlı açıqlama


Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi (DMM) jurnalist Fatih Altaylının həbsi ilə bağlı açıqlama yayıb.

“Habertürk xəbər verir ki, açıqlamada F. Altaylının məhkəmə prosesi ilə bağlı ictimai rəyi manipulyasiya etmək üçün sosial şəbəkələrdə kampaniya aparıldığı bildirilib.

“O, cinayət məzmunlu bu ifadələrdən istifadə edib: “...yaxın keçmişə deyil, uzaq keçmişə baxın, bu millət padşahını boğan bir millətdir. Öldürülən, sui-qəsd qurbanı olan, “intihar etdi” adı verilən Osmanlı sultanı az deyil...”

Altaylının prezidentimizlə bağlı suala cavab verməsi və nəyi nəzərdə tutduğu açıq-aşkar ortadadır, buna baxmayaraq, onun prezidentimizi nəzərdə tutmadığı, tarixi lətifə danışdığı iddiaları manipulyasiyadır”, - deyə, məlumatda vurğulanıb.

Həmçinin Fatih Altaylının saxlanılması və həbsi prosesinin Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qanuni çərçivədə həyata keçirildiyi və qanunsuzluqlarla bağlı iddiaların tamamilə dezinformasiya məhsulu olduğu qeyd olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.