
Sahibkartv.az xəbər verir ki, Berlində innovativ fast food təcrübəsi diqqət çəkir: şəhərin müxtəlif küçələrində yerləşdirilən avtomat doner cihazları artıq real vaxtda kamera müşahidəsi ilə işləyir və cəmi 60 saniyədə isti, paketlənmiş doneri təqdim edir.
Bu yüksək texnologiyalı avadanlıqlar donerin hazırlanma prosesini şəffaf şəkildə izləməyə imkan verir, müştəri sifarişi təsdiqlədikdən sonra sistem gigiyenik şəraitdə məhsulu hazırlayır və avtomatik olaraq təqdim edir. Həm sürətli xidmət, həm də müasir texnoloji yanaşma ilə seçilən bu cihazlar Berlinin qida mədəniyyətinə yeni nəfəs gətirib.





































