Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zelenskinin həyat yoldaşı ilə kobud rəftarı gündəm oldu

Baxış: 181
Zelenskinin həyat yoldaşı ilə kobud rəftarı gündəm oldu


Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Olenaya qarşı kobud rəftarı ilə təəccübləndirib.

Publika.az xəbər verir ki, bu barədə Avstriyanın “Heute” nəşri məlumat yayıb.

Zelenski ilə həyat yoldaşı arasındakı soyuq münasibət Ukrayna liderinin Viyanada Avstriya prezidenti Aleksandr Van der Bellenlə görüşü zamanı üzə çıxıb. Belə ki, jurnalistlər Zelenskinin avtomobildən düşərkən həyat yoldaşına əl uzatmamasına, əksinə qırmızı xalça üzərindən tələsik addımlarla irəliləyərək onu geridə qoymasına diqqət çəkiblər.

Bundan başqa, Ukrayna lideri qarşılama mərasimi zamanı da həyat yoldaşına qarşı hörmətsizlik edib. Belə ki, o, özü çətir altında dayandığı halda Olena isə yağışda islanmalı olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.