Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran danışıqları rədd edir, açıq şəkildə bildirdi ki... - Reuters

Baxış: 167
İran danışıqları rədd edir, açıq şəkildə bildirdi ki... - Reuters


İran İsrailin hücumu altında qaldığı müddətdə atəşkəslə bağlı danışıqlardan imtina edir, eyni zamanda vasitəçilərdən ABŞ-ni prosesə cəlb etməyi xahiş etdiyini inkar edir.

Bu barədə "Reuters" agentliyi Qətər və Omanın iştirakı ilə keçirilən məsləhətləşmələrin təfərrüatları ilə tanış olan rəsmi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Tehran danışıqlara yalnız İsrailin qabaqlayıcı zərbələrinə cavabını tamamladıqdan sonra başlayacağını açıqlayıb. “İran hücuma məruz qaldığı müddətdə danışıqlara getməyəcəyini açıq şəkildə bildirdi”, - deyən rəsmi hər hansı diplomatik addımların yalnız münaqişənin hazırkı mərhələsi başa çatdıqdan sonra mümkün olduğunu vurğulayıb.

Bundan əlavə, mənbə İranın Qətər və Omandan ABŞ-ni atəşkəs danışıqlarına və nüvə məsləhətləşmələrinin bərpasına cəlb etməsini istəməsi barədə məlumatları təkzib edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.