Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu

Baxış: 139
Hindistan Türkiyə şirkətləri ilə müqavilələri ləğv etdi – Yeni Dehli düşmənçilik yolu tutdu


Hindistanın ən böyük hava yolu şirkəti Air India donanmasında olan Boeing 777 təyyarələrinə texniki xidmət göstərən türk şirkəti Turkish Technic ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

Məlumatı NDTV-də Air India-nın baş direktoru Kempbell Uilson açıqlayıb.

Vilson “Turkish Technic”lə müqavilənin ləğvini təsdiqləyib: "Bu formada biznesin davam etdirilməsi ilə bağlı narahatlıqlar yaranarsa, biz alternativlər tapacağıq. Biz ictimai rəyə hörmət etmək istəyirik".

Bundan əvvəl Hindistanda Yeni Dehli və Mumbay da daxil olmaqla doqquz böyük hava limanında yerüstü xidmətlər göstərən Türkiyənin Celebi Aviation şirkətinin təhlükəsizlik lisenziyası ləğv edilib. Eyni zamanda Hindistanın “İndiGo” aviadaşıyıcısına üç ay ərzində Türk Hava Yollarından təyyarələrin icarəyə götürülməsini dayandırmaq tapşırılıb.

Qeyd edək ki, Hindistan Xarici İşlər Nazirliyi bir müddət əvvəl açıqlayıb ki, ölkəsi Pakistana qarşı qondarma iddialarla başladılan “Sindoor” əməliyyatı zamanı Türkiyədən Pakistana diplomatik və hərbi yardım göstərilməsi faktını nəzərə alıb. Hindistan hökumət mənbələri NDTV-yə bildiriblər ki, Türkiyə dost ölkə olaraq qalmasına baxmayaraq, Pakistana davamlı dəstəyi Hindistanın onunla əlaqələrinə, o cümlədən ölkədəki türk şirkətlərinin fəaliyyətinə təsir göstərə bilər.(musavat.com)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.