Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya üçün dəhşətli yuxusuz gecə: Yüzlərlə PUA hücuma keçib

Baxış: 176
Rusiya üçün dəhşətli yuxusuz gecə: Yüzlərlə PUA hücuma keçib


Ötən gecə Ukrayna yüzlərlə PUA ilə Rusiyaya hücuma keçib və Rusiya tərəfi həmin PUA-lardan ancaq 160-nı zərərsizləşdirə bilib.

 Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən mayın 20-si saat 20:00-dan mayın 21-i saat 4:05-dək olan müddətdə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 127 PUA-nı məhv edib. 

Bu PUA-lar əsasən Bryansk, Oryol, Kursk vilayətləri, Moskva vilayəti, Vladimir vilayəti, Ryazan, Belqorod, Tula, Kaluqa vilayətlərinin əraziləri və Qara dəniz üzərində məhv edilib.

Bundan əlavə bildirilib ki, Moskva vaxtı ilə saat 4:00-dan 8:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Oryol, Bryansk və Kursk vilayətlərinin əraziləri üzərində Ukraynanın 32 PUA-sını məhv edib.

Bu Rusiya tərəfinin rəsmi açıqladığı məlumatdır. Amma sayın bundan daha çox olması barədə də Rusiya sosail şəbəkələri və Telegram kanalları məlumat verir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.