Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib

Baxış: 176
CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib


Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlar əvvəlcədən gözləniləndən daha müsbət nəticə verdi.

"Bu barədə CNN Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

"Tədbir gözlənildiyindən də müsbət oldu. Tərəflər ittiham tonuna əl atmadılar. Danışıqların dalanda dirənəcəyi görünəndə biz hərbi əsirlərin mübadiləsini təklif etdik. Ukrayna tərəfi proses zamanı bunun üçün Kiyevdən icazə istəyib", - telekanalın həmsöhbəti qeyd edib.

O əlavə edib ki, Rusiya tərəfi danışıqlar zamanı Ukrayna tərəfindən daha az məsləhətləşməli olub.

Qeyd edək ki, daha əvvəl İstanbulda Rusiya-Ukrayna danışıqları baş tutub. Görüşün nəticələrinə əsasən Moskva və Kiyev “1000-ə 1000” formuluna əsasən əsirləri dəyişdirmək, mümkün gələcək atəşkəs barədə mövqelərini təqdim etmək, onu ətraflı şəkildə şərh etmək və danışıqlar prosesinin davam olunması barədə razılığa gəliblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.