Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...

Baxış: 167
Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...


Suriyada druz silahlı qruplarının paytaxt Dəməşqin cənubunda başlatdığı qarşıdurma təhlükəli həddə çatdığından çoxsaylı Suriya ordusu təxribatların baş verdiyi  Süveyda bölgəsinə yola çıxıb. Suriya ordusunun druz silahlı qruplarının təxribat cəhdlərinin qarşısını almaq üçün hərəkətə keçməsi isə İsrailin kəskin etirazına səbəb olub.

İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq ictimaiyyəti druz azlığını qorumaq bəhanəsi ilə Suriyaya müdaxilə etməyə çağırıb. 

İsrailin nəzarəti altında olan Colan təpələrində məskunlaşan druzların liderlərindən Şeyx Müvafak Tarif İsrailə Suriyada baş verənlərə səssiz qalmaması üçün çağırış edib.

İsrailin müdafiə naziri Yisrael Kats Suriya hökumətini druz qruplarına qarşı hücuma keçəcəyi təqdirdə Dəməşqə hücum edəcəkləri ilə hədələyib. Katz açıqlamasında deyib ki, druzlara qarşı hücumlar davam edərsə, sərt cavab verəcəklər.

İsrail dövlət televiziyası KAN-ın xəbərinə görə, orduya hücum əmrini baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Kats verib.

Ekspertlərin fikrincə, İsrail druzları təxribata cəlb edib onların hüquqlarının müdafiəsi bəhanəsi ilə Suriyaya hücuma keçmək istəyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.