Sənayeləşmiş Yanaşmalarla Tütün İstehsalında Avtomatlaşdırma
21:44 / 09-04-2025
Çində Yeni Aqrar Texnologiyalarla Bostançılıqda İnnovasiyalar
21:23 / 09-04-2025
Dünyada Üzümçülükdə Vertikal Təsərrüfatlar Quraşdırılır
20:45 / 09-04-2025
İstifadə Edilən Əkinçilik Resurslarının Azaldılması Üçün Yenilikçi Həllər
20:30 / 09-04-2025
Sənaye Proseslərində Yeni Nəsil Təkrar İstifadə Texnologiyaları
20:18 / 09-04-2025
Təbiətə Dost Yeni Yanaşmalarla Bostançılıqda Əkinçilik Tətbiq Edilir
19:49 / 09-04-2025
Robotlar ilə Üzüm Yığımında Sürət və Səmərəlilik Artır
19:19 / 09-04-2025
Təkrar Emalın İnkişafı ilə Yeni Enerji Mənbələrinin Yaradıla Biləcəyi
18:30 / 09-04-2025
Üzümçülük Sektoru İctimaiyyatla Əməkdaşlığı Artırır
18:30 / 09-04-2025
Biosensorlarla Üzümçülükdə Keyfiyyətin Daha Dəqiq İzlənməsi
17:41 / 09-04-2025
Yeni Təsərrüfat Texnologiyası ilə Üzümçülükdə Dayanıqlı İnkişaf
17:30 / 09-04-2025
Afrikada Aqrar Texnologiyalarla Üzüm Bağlarında Məhsuldarlıq Artır
17:19 / 09-04-2025
Sənaye İstehsalatında Təkrar Emal Texnologiyalarına Yönələn Yeni Fondlar
16:44 / 09-04-2025
Bioloji Pestisidlərin Köməyi ilə Bostançılıqda Ekoloji Təmiz Yanaşma
16:17 / 09-04-2025
ABŞ Çinlə müharibəyə hazırlaşır – Yaxın Şərq bombalanır, arsenal boşalır
16:00 / 09-04-2025
Yaponiya Robotik Texnologiyalarla Üzümçülükdə İslahatlar Edir
15:41 / 09-04-2025
Üzümçülükdə Süni İntellektlə Yenilikçi İnkişaf
15:18 / 09-04-2025
Yeni Aqrar Texnologiyalarla Bostançılıqda Məhsuldarlığın Artması
15:00 / 09-04-2025
Netanyahudan Türkiyə açıqlaması: İsrailə təhlükə yaradır
14:06 / 09-04-2025
Azərbaycanda bu əraziyə giriş qadağan edildi
12:45 / 09-04-2025
36 nəfər hərbi xidmətə yararsız imiş... - Vəzifəli şəxslər saxlanıldılar
12:09 / 09-04-2025
Xanlar Vəliyevin yeni vəzifəsi dəqiqləşdi
12:03 / 09-04-2025
“Ermənistanı belə bir fikrə gəldikdə, dərhal cəzalandırmağa hazır olmalıyıq”
11:50 / 09-04-2025
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib”
11:32 / 09-04-2025
Suqovuşan və Sarıcalıdakı məktəblərdə dərslər başlayıb - Fotolar
11:26 / 09-04-2025
“Trampın prezident seçilməsi onları ciddi məyus etdi”
11:20 / 09-04-2025
Vətəndaşları aldadıb 87 min manat oğurladılar - DİN-dən çağırış
10:41 / 09-04-2025
Ekskluziv Moskva Qarabağla bağlı nə düşünür?
Lavrov hansısa muzdluların Qarabağa sızması ehtimalından dəm vurur, qanunsuz erməni silahlı dəstələrinin tərksilah edilməsi və bölgədən çıxarılması isə Rusiyanın gündəmində yoxdur
Dekabrın 27-də Xocavənd rayonunda Azərbaycan ordusuna növbəti hücumdan iki gün ötsə də, Dağlıq Qarabağdakı “sülhməramlı əməliyyat” zonasına cavabdeh olan Rusiyadan hələ ki adekvat reaksiya yoxdur. Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda yalnız araşdırma aparıldığı, təmas xəttində atəşkəs rejiminə əməl edildiyi bildirilir. Halbuki Azərbaycan Müdafiə Nazirliyi hücum nəticəsində 1 hərbçinin şəhid olduğunu, 1 nəfərin yaralandığını, erməni hərbi dəstələrinin 6 üzvünün məhv edildiyini açıqlayıb.
Göründüyü kimi, kifayət qədər itkilərlə nəticələnən hadisəyə Moskva laqeyd yanaşıb. Bu da hadisələrin arxasında Rusiyanın bəzi dairələrinin ola biləcəyi barədə ehtimalları gücləndirir. Doğrudur, Azərbaycan hələlik rəsmi şəkildə sülhməramlıları qınayan açıqlama verməyib. Amma Milli Məclisdən Rusiyanın ünvanına sərt ittihamlar səslənməyə başlayıb. Bu gün parlamentin Təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov “Turan” agentliyinə bildirib ki, hadisələrin məsuliyyətini həm də Rusiya daşıyır:
“Əgər 10 noyabr üçtərəfli razılaşmasına əsasən bölgədə Rusiya sülhməramlıları mövcuddursa, Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, qondarma “Qarabağ ordusu” adlandırılan quldur dəstələrinin ərazidən çıxarılmasına, onların silahsızlaşdırılmasına birbaşa cavabdeh olan sülhməramlılardır”.
Məmmədovun sözlərinə görə, elə təsəvvür yaranır ki, Rusiya sülhməramlıları qondarma Dağlıq Qarabağ rejimi ilə razılaşır. Deputat xatırladıb ki, sülhməramlılar və onların rəhbərliyi Rusiya bayrağını qondarma qurumun bayrağı ilə böyür-böyürə qoyur və tədbir keçirirlər: “Elə çıxır ki, sülhməramlılar o separatçı qurumun mövcudluğu ilə razılaşır. Məntiqlə belə alınır ki, de-yure olmasa da, de-fakto bu gün Rusiya dövləti sülhməramlıların yaramaz hərəkəti nəticəsində separatist cinayətkar qurumun varlığını bir növ, qəbul edir”.
Elman Məmmədov qeyd edib ki, sülhməramlılar səlahiyyət hədlərini aşırlar, Azərbaycan qanunlarına hörmətsizlik edib, Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətkar kimi axtarışa verdiyi adamlarla işbirliyi yaradırlar, məsləhətləşmələr aparırlar, görüşlər keçirirlər. Deputat vurğulayıb ki, Dağlıq Qarabağ deyilən ərazidə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qondarma rejimin qanunsuz silahlıları var:
“Bunların tərksilah edilməsi, ərazidən çıxarılması prosesi getməyib. Onların təminatını Ermənistan Rusiya sülhməramlılarının razılığı və köməkliyi ilə həyata keçirir. Çünki Ermənistandan bu gün Azərbaycana gələn yeganə təminat yolu Laçın dəhlizidir. 10 noyabr razılaşmasına əsasən Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Görünür, Rusiya sülhməramlıları birbaşa şərait yaradırlar ki, meşələrdə qalmış və bu gün də fəaliyyət göstərən silahlı birləşmələrə Ermənistandan hər şey gətirilsin, o cümlədən silah, ərzaq. Bu da sülhməramlıların səlahiyyətinə zidd olan, gələcəkdə ciddi problemlər yarada biləcək hərəkətlərdir”.
Bu günlərdə Xankəndindəki oyuncaq rejimin “Təhlükəsizlik Şurası”nın “katibi” Vitali Balasanyanın Rusiya dövlət xəbər agentliyinə müsahibəsində dedikləri isə sanki odun üstünə yağ töküb. O bildirib ki, “Dağlıq Qarabağ Respublikasının müdafiə ordusu” “Təhlükəsizlik Şurası”nın nəzarətinə keçəcək:
“Yaxın gələcəkdə sərhəd qoşunları, nizami silahlı qüvvələr yaradacağıq, təbii ki, müdafiə ordusunun da olacağı aydındır. Müdafiə ordusu Təhlükəsizlik Şurasına tabe olacaq. Bundan əlavə, kontrakt əsasında gücləndirilmiş ehtiyat qüvvələr, könüllülər, həmçinin polis və milli təhlükəsizlik xidməti fəaliyyət göstərəcək. Milli təhlükəsizlik xidmətinə antiterror funksiyaları veriləcək…”
Bu gün isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğluilə birgə mətbuat konfransında Qarabağ mövzusundan danışsa da, orada baş verən və Azərbaycan ictimaiyyətini narahat edən hadisələrə aydınlıq gətirməyib. Nazir deyib ki, Rusiya və Türkiyə Dağlıq Qarabağdakı vəziyyətdən xarici muzdluların bölgəyə nüfuz etməsi (?) üçün istifadə edilməməsi ilə razılaşırlar. “Bizim ümumi fikrimiz budur ki, Dağlıq Qarabağdakı vəziyyət bu bölgəyə xarici muzdluları sızdırmaq cəhdləri üçün istifadə edilməməlidir. Burada türk həmkarlarımızla tamamilə uyğun olan mövqelərimiz var”, – deyə o, vurğulayıb.
Lavrov real problemlərdən bəhs etmək əvəzinə, bölgəyə hansısa muzdluların sızması ehtimalından dəm vurur. Burada əslində dolayısı ilə Azərbaycana və Türkiyəyə xəbərdarlıq edilir, çünki müharibə zamanı məhz Türkiyənin Qarabağa guya Suriyadan muzdlular gətirməsi barədə nağıllar uydurulmuşdu. Balasanyanın Rusiyanın rəsmi mediasına Dağlıq Qarabağdakı “ordu quruculuğu”ndan danışdığı bir məqamda Lavrovun 10 noyabr bəyanatını sual altına qoyan bu tip açıqlamaları şərh etmək əvəzinə, Bakıya mesajlar yollaması rəsmi Moskvanın bölgə ilə bağlı planlarını prədələməyə ehtiyac duymadığından xəbər verir.
Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlıların hərbi təlimlərə başladığı haqda məlumat yayıb. Bildirilir ki, sülhməramlı kontingent Xankəndi və Ağdərə poliqonlarında döyüş hazırlığı üzrə planlaşdırılmış təlimlərdə şərti hədəflərə avtomat və pulemyotlardan, snayper tüfənglərindən, eləcə də “BTR-82A” zirehli texnikasından atəş açıblar. Sülhməramlıların niyə döyüş təlimlərinə ehtiyac duymasının səbəbi məlum olmur.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hadisələri “pressklub.az”a şərh edərkən bildirdi ki, Dağlıq Qarabağda baş verən hadisələrin arxasında birmənalı şəkildə Rusiya dayanır:
“Rusiya erməni diversantlarını, terrorçu qrupları təlimatlandırır, silahlandırır, mənəvi-psixoloji, maddi dəstək verir, ruhlandırır və Azərbaycan ordusunun üzərinə göndərir. Ermənistan hər zaman Rusiyanın Azərbaycana qarşı siyasətində alət olub və bu gün də həmin rolu oynamaqda davam edir”.
Ə. Oruclu hesab edir ki, Paşinyan hökuməti və onun müxalifəti bu məsələdə eyni mövqedədirlər:
“Bəzən bu qrupları Paşinyana tabe olmayan qüvvələr kimi tədim edirlər, amma bu, yanlışdır. Bu günlərdə Paşinyan bir açıqlama verdi ki, Azərbaycan Zəngəzur bölgəsinə hərbi təhdid yaradarsa, bu işə təkcə Ermənistan yox, Rusiya da reaksiya verəcək. O, həm də Rusiyanın adından danışırsa, deməli, ona belə bir mandat verilib. Paşinyan daha əvvəlki lider deyil, o, Rusiyanın vassallığını tam qəbul edib. Və o da Ermənistanın əvvəlki liderləri kimi, Rusiyanın alətinə çevrilib. Amma ən acınacaqlı hal Azərbaycan hakimiyyətinin bu istiqamətdə fəaliyyətsizliyidir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-12-2020, 10:21 Oxunub: 251
Bölməyə aid digər xəbərlər
23-12-2020, 16:55
Erməni təhlükəsinə qarşı Rusiya bitərəfliyi
12-12-2020, 10:17
"Kəlbəcərin azad olunduğu gün qurban kəsib payladıq…" - Keçmiş baş nazir
10-11-2020, 05:45
İmzalanmış tarixi sənədin TAM MƏTNİ
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
23-09-2020, 23:17
Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 12:18
Erməni təxribatı ilə bağlı məlumatlar Meksika radiosunda
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO